Xəzər Xəbər

Subsidiya İnformasiya Sisteminə 719 min hektar əkin bəyanı daxil edilib

İqtisadiyyat | 13:15 • 6 Fevral 2020
Subsidiya İnformasiya Sisteminə 719 min hektar əkin bəyanı daxil edilib

Subsidiya İnformasiya Sistemində (SİS) bu günədək 465 min 321 fermerin 594 min 855 təsərrüfatı qeydiyyatdan keçib. Fevralın 4-dək 245 min 387 fermerə məxsus 336 min 954 təsərrüfat təsdiq edilib. 342 min fermer tərəfindən 690 min payızlıq əkin bəyanı SİS-ə daxil olunub. Bundan 243 min fermer tərəfindən edilmiş 431 min əkin bəyanı yoxlanılıb və təsdiq edilmiş sənədlər üzrə 719 min hektar əkin bəyanı SİS-ə daxil edilib.


Bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev gübrə, pestisid, toxum və ting təchizatçıları ilə görüşdə jurnalistlərə müsahibəsində deyib.


Fermerlərin subsidiyaları yeni qaydalarla almaları istiqamətində hazırlıqların tam sürətlə getdiyini deyən AKİA sədri bu günədək 179 min "Fermer kartı”nın sifariş olunduğunu vurğulayıb. "Çap olunmuş 163 min "Fermer kartı” isə hazırda tərəfdaş bankın yerli filialları tərəfindən fermerlə paylanır”, - deyə Mirzə Əliyev bildirib.

Xəbər lenti