Xəzər Xəbər

Azərbaycan və İran gömrük orqanları arasında işçi görüş olub

İqtisadiyyat | 13:59 • 5 Fevral 2020
Azərbaycan və İran gömrük orqanları arasında işçi görüş olub

İran İslam Respublikasının Biləsuvar gömrük-keçid məntəqəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.


Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a bildirilib ki, İran tərəfinin dəvəti ilə baş tutan görüşdə Azərbaycanı Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunun rəisi Ceyhun İbrahimovun, İranı isə bu ölkənin Biləsuvar gömrük-keçid məntəqəsinin rəhbəri Ramin Zehirinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.


Görüşdə iki ölkənin dostluq münasibətlərinin son illər səmərəli əməkdaşlıq müstəvisində inkişaf etdiyi, ölkələr arasındakı iqtisadi münasibətlərin gücləndiyi, ticarət dövriyyəsinin artdığı bildirilib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir.


Tərəflər beynəlxalq ticarətin asan və sürətli şəkildə aparılmasını, eləcə də nəqliyyat vasitələrinin və şəxslərin gömrük sərhədindən sürətli və maneəsiz keçidini təmin etmək məqsədilə gömrük orqanlarının gördüyü işlərə toxunub və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Xəbər lenti