Xəzər Xəbər

Yanvar ayında 18 nəfər qidadan zəhərlənib

İqtisadiyyat | 10:35 • 4 Fevral 2020
Yanvar ayında 18 nəfər qidadan zəhərlənib

Bu ilin yanvar ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi”nə ümumilikdə 1985 müraciət daxil olub. Daxil olan müraciətlərdən 401-i sertifikatlaşdırma və qeydiyyat, 429-u idxal-ixrac əməliyyatları, 187-i istehlakçı hüquqlarının pozulması halları ilə əlaqədar olub.


Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, qida zəhərlənmələri ilə əlaqədar 42 müraciət daxil olsa da, onlardan yalnız 18-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.


Həmin dövrdə agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla bağlı, 857-i isə digər xarakterli müraciətlər olub.

Xəbər lenti