Xəzər Xəbər

Bu gün bəzi ərazilərə su verilməyəcək

İqtisadiyyat | 09:22 • 4 Fevral 2020
Bu gün bəzi ərazilərə su verilməyəcək

Bu gün Hacıqabul və Qaradağ rayonlarının bəzi ərazilərində içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.


"Azərsu” ASC-dən xezerxeber.az-a verilən məlumata görə, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 4 fevral 2020-ci il tarixində gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Xəbər lenti