Xəzər Xəbər

Fiziki şəxslərin əmanətlərinin həcmi artıb

İqtisadiyyat | 13:44 • 2 Fevral 2020
Fiziki şəxslərin əmanətlərinin həcmi artıb

2019-cu ilin dekabr ayında Azərbaycanda əmanətlərin ümumi həcmi 24,746 milyard manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,6 faiz çoxdur.

Azərbaycanın Mərkəzi Bankının hesabatına əsasən, qeyri-maliyyə təşkilatlarının əmanətlərinin həcmi 2018-ci ilin dekabr ayına nisbətən 16,9 faiz artaraq 14,381 milyard manat olub.

Fiziki şəxslərin əmanətlərinin həcminə gəldikdə isə, burada da 3 faiz, 8,64 milyard manata qədər artım müşahidə olunur.

2019-cu ilin dekabr ayının nəticələrinə görə, xarici valyutadakı əmanətlər 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 15,09 milyard manat təşkil edib.

Milli valyutadakı əmanətlər də 2018-ci ilin dekabr ayına görə 21,5 faiz artaraq 9,6655 milyard manata çatıb.

Xəbər lenti