Xəzər Xəbər

Elman Rüstəmov: Real sektora biznes kreditlərinin verilməsi üzrə İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparılacaq

İqtisadiyyat | 13:32 • 31 Yanvar 2020
Elman Rüstəmov: Real sektora biznes kreditlərinin verilməsi üzrə İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparılacaq

Biznes kreditlərinin ucuzlaşması hiss olunur, lakin bu kreditləri stimullaşdırmaq lazımdır.

XəzərXəbər xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.

"Real sektora biznes kreditlərinin verilməsi ilə bağlı yaxın günlərində İqtisadiyyat Nazirliyi ilə birgə geniş müzakirə aparılacaq. Hüquqi şəxslərə və biznesə verilən kreditlərdə faiz dərəcələrinin aşağı düşməsi dinamikası müşahidə edilir. Düşünürük ki, müəyyən tənzimlənmə çərçivəsi ilə biznes kreditləşməsini stimullaşdırmaq lazımdır. Banklar kommersiya subyektlərdir və biz onlara göstəriş verə bilmərik ki, faiz dərəcələrini aşağı salsınlar. Müəyyən stimullar yaratmalıyıq", - deyə E.Rüstəmov qeyd edib.

Xəbər lenti