Xəzər Xəbər

Avropada ən çox satılan maşın bu oldu

İqtisadiyyat | 13:13 • 31 Yanvar 2020
Avropada ən çox satılan maşın bu oldu

2019-cu ildə "Volksvagen Qolf” hetçbek Avropa bazarında ən çox satılan maşın olub.

Bu məlumatı "JATO Dynamics” şirkəti yayıb. Bununla da adıçəkilən marka davamlı olaraq 11-ci il öz Avropa maşın bazarında liderliyini qoruyub.

Ondan sonrakı yeri "Reno Clio” tutub. İlk beşliyə həmçinin "Tesla Model 3”, "Ford Kuga” və "Dacia Duster” daxil olub. Ondan sonrakı yerlərdə "Reno Kaptur”, "Nissan Qaşqay”, "Dacia Sandero”, "Volksvagen Polo” və "Pejo 208” yer alıb.

Xəbər lenti