Xəzər Xəbər

Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır

İqtisadiyyat | 11:55 • 21 Yanvar 2020
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır

Yanvarın 21-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu (WEF) işə başlayır.


Xezerxeber.az xəbər verir ki, "Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndəsi qatılacaq. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçiriləcək. Yanvarın 24-dək davam edəcək Dünya İqtisadi Forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunacaq.


Forumda ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş Naziri Cüzeppe Konte, Avropa Komissiyasının sədri Ursula Von der Leyen, İspaniyanın Baş Naziri Pedro Sançes, İsveçrə Prezidenti Simonetta Sommaruqa, Əfqanıstan Prezidenti Əşrəf Qani, Avstriyanın Baş Naziri Sebastian Kurts, Kolumbiya Prezidenti İvan Duke, Finlandiyanın Baş Naziri Sanna Marin, Yunanıstanın Baş Naziri Kiryakos Mitsotakis, Niderlandın Baş Naziri Mark Rutte, Norveçin Baş Naziri Erna Sulberq, Pakistanın Baş Naziri İmran Xan, Ukrayna Prezidenti Vladimir Zelenski, BMT-nin Baş katibi Antonio Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard iştirak edəcək.


WEF, həmçinin dünyanın hər yerindən 119 milyarderi bir araya gətirəcək. Həmin milyarderlərin ümumi sərvəti 500 milyard dollardan çoxdur.

Xəbər lenti