Xəzər Xəbər

Plastmas və onlardan hazırlanan məmulatların ixracı artıb

İqtisadiyyat | 13:12 • 18 Yanvar 2020
Plastmas və onlardan hazırlanan məmulatların ixracı artıb

Ötən il ölkədən 246,4 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.


Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac olunan məhsulun dəyəri 179,4 milyon ABŞ dolları olub.


Xatırladaq ki, 2018-ci ildə Azərbaycandan 118,5 milyon dollarlıq 159,7 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Xəbər lenti