Xəzər Xəbər

On bir ayda əsas kapitala 12,7 milyard manat yönəldilib

İqtisadiyyat | 15:23 • 16 Dekabr 2019
On bir ayda əsas kapitala 12,7 milyard manat yönəldilib

Bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 786,9 milyon manat vəsait yönəldilib.


Dövlət Statistika Komitəsindən bildirilib ki, sərf edilmiş vəsaitin 67,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 65,7 faizi məhsul istehsalı sahələrinə, 24,9 faizi xidmət sahələrinə, 9,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,5 faizini təşkil edib.


Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,6 faiz, digər vəsaitlər isə 0,9 faiz olub.

Xəbər lenti