Xəzər Xəbər

Gömrük Komitəsi üç yeni elektron xidmətin tətbiqinə başlayır

İqtisadiyyat | 17:13 • 28 Noyabr 2019
Gömrük Komitəsi üç yeni elektron xidmətin tətbiqinə başlayır

Dövlət Gömrük Komitəsi (DGK) vətəndaşların və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən sürətli keçidi üzrə üçyeni elektron xidmətlərin tətbiqinə başlayır.

XəzərXəbər xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən təlimdə Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

"Elektron xidmətlərdən biri "elektron növbə”sistemidir. Bu sistem vasitəsilə elektron şəkildə qeydiyyatdan keçmiş şəxs və nəqliyyat vasitəsi növbəsi müəyyən olunmuş vaxtda qapılara yaxınlaşır və növbəsiz gömrük buraxılış məntəqəsinin ərazisinə daxil olur. Amma məntəqə daxilində növbə varsa, o növbəni gözləmək lazımdır. Bu sistem yaxın günlərdə istifadəyə veriləcək.

Digər elektron xidmət "sürətli keçid”sistemidir. Bu sistem vasitəsilə pasport qeydiyyatı da daxil olmaqla, bütün xidmətlər növbəsiz göstəriləcək. Bir sözlə, şəxslər və nəqliyyat vasitələri gömrük keçid məntəqəsini tərk edənə qədər gömrük prosedurlarından və sərhəd xidmətlərindən növbəsiz keçir. Bu sistem ödənişli olacaq, amma hələ məbləğ müəyyən edilməyib.

Üçüncü elektron xidmət isə "CIP keçid”dir. Bu da ödənişli olacaq və gələcəkdə tətbiq ediləcək. Hələlik xarici ölkələrin təcrübəsi öyrənilir. Bundan sonra isə bu xidmətə görə xidmət haqqının məbləği müəyyən ediləcək. CIP xidmətindən yararlananlar istənilən vaxt növbə gözləmədən gömrük buraxılış məntəqələrinə daxil olaraq VIP xidmətlərdən yararlanacaqlar”, - deyə oqeyd edib.

DGK rəsmisi onu da deyib ki, növbəti ildən konsepsiyaya uyğun olaraq bütün xidmətlər mobil həllər vasitəsilə göstəriləcək.

Xəbər lenti