Xəzər Xəbər

AQTA-nın sektor müdiri: "Bəzən qida əlavələri təyinatı üzrə istifadə olunmur"

İqtisadiyyat | 12:43 • 25 Noyabr 2019
AQTA-nın sektor müdiri: "Bəzən qida əlavələri təyinatı üzrə istifadə olunmur"

"Ölkəyə idxal olunan qida əlavələrinə və yerli istehsal olunan qida əlavələrinə nəzarət həyata keçirilən zaman məlum olur ki, bəzən qida əlavələri təyinatı üzrə istifadə olunmur, yaxud onlar dozasından artıq istifadə olunur".


Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Sertifikatlaşdırma və İdxal-İxraca Nəzarət Sektorunun müdiri Samir Rüstəmli qida əlavələrinin təhlükəsizliyi üzrə seminarda çıxış edərkən deyib. Onun sözlərinə görə, hər bir qida əlavəsinin, eləcə də məhsulun tərkibinə əlavə edilən kimyəvi maddənin düzgün istifadə olunmaması insan həyatı üçün təhlükə törədir.


S.Rüstəmli qeyd edib ki, qida və ərzaq təhlükəsizliyinin təmin olunması dünyada yeni çağırışlara gətirib çıxarmaqdadır:


"Məhsulların istehsalı artıq mürəkkəbləşir. Dünyada məhsulların qablaşdırmasına, qida əlavələrindən istifadəyə olan tələbat artıb. Bununla əlaqədar olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə qida əlavələrinin təhlükəsizliyinə dair seminar keçirilir. Bu seminarın keçirilməsində əsas məqsəd müvafiq sahədə müasir texnologiyalarla tanış olmaq, tendensiyaları müzakirə etməkdir". (APA)

Rubrikanın digər xəbərləri

Xəbər lenti