Xəzər Xəbər

Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb - FOTO

İqtisadiyyat | 16:42 • 22 Noyabr 2019
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb -

Sumqayıtın şəhər statusu almasının 70 ili tamam olur. Yubiley tədbirləri çərçivəsində poçt markası və zərf buraxılıb. Bu münasibətlə "Azərpoçt”un şəhər filialının təşkilatçılığı ilə Sumqayıt Tarixi Muzeyində markanın təqdimatı keçirilib.


Təqdimatda şəhər və filial rəhbərliyi, həmçinin Almaniyanın Ludviqshafen şəhərinin nümayəndə heyəti iştirak edib.


Sumqayıtla tərəfdaş olan Ludviqshafen şəhərindən olan qonaqlara "Azərpoçt”un hədiyyələri təqdim olunub.

Xəbər lenti