Xəzər Xəbər

Birləşmiş Ştatların xam neft ehtiyatları artıb

İqtisadiyyat | 14:24 • 21 Noyabr 2019
Birləşmiş Ştatların xam neft ehtiyatları artıb

ABŞ-ın neft ehtiyatları artır.


Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1,4 milyon barrel (0,3 faiz) çoxalaraq 450,4 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,5 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 2,2 milyon barrel çoxalmışdı.


ABŞ-ın strateji neft ehtiyatları isə 2 milyon barrel azalaraq 637,5 milyon barrel olub.


Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1,8 milyon barrel (0,8 faiz) artaraq 220,8 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 0,8 milyon barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,9 milyon barrel artmışdı.

Xəbər lenti