Xəzər Xəbər

Xətai rayonunun təbii qaz təchizatında müvəqqəti fasilələr yaranıb

İqtisadiyyat | 15:40 • 20 Noyabr 2019
Xətai rayonunun təbii qaz təchizatında müvəqqəti fasilələr yaranıb

Xətai rayonunun təbii qaz təchizatında müvəqqəti fasilələr yaranıb.

"Azəriqaz” İstehsalat Birliyindən xezerxeber.az-a bildirilib ki, avtomobil sahiblərinin CNG, yəni sıxılmış təbii qazla təminatı üçün mühüm addımlar atılır, yanacaqdoldurma məntəqələrində bu istiqamətdə bəzi işlər görülür. Noyabrın 20-də Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən "SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaq doldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 millimetr olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək. Bu işin icrası üçün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.

Xəbər lenti