Xəzər Xəbər

AQTA: Oktyabrda 8 nəfər qidadan zəhərlənib

İqtisadiyyat | 11:21 • 1 Noyabr 2019
AQTA: Oktyabrda 8 nəfər qidadan zəhərlənib

2019-cu ilin oktyabr ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi”nə ümumilikdə 2030 müraciət daxil olub.


Agentlikdən verilən xəbərə görə, daxil olan müraciətlərdən 374-ü sertifikatlaşdırma və qeydiyyat, 476-ı idxal-ixrac əməliyyatları, 180-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.


Qida zəhərlənmələri ilə bağlı Agentliyə 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Xəbər lenti