Xəzər Xəbər

Bakıda bir sıra küçə və prospektlərdə işıqforlar işləmir

İqtisadiyyat | 09:59 • 1 Noyabr 2019
Bakıda bir sıra küçə və prospektlərdə işıqforlar işləmir

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində işıqforların işində texniki problem yaranıb.


Bu barədə xezerxeber.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.


Bildirilib ki, hazırda işıqforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.


"Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yol ayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti