Xəzər Xəbər

“Fiat” və “Pejo” avtoşirkətləri birləşir

İqtisadiyyat | 15:18 • 31 Oktyabr 2019
“Fiat” və “Pejo” avtoşirkətləri birləşir

İtaliya-ABŞ avtokonserni olan "Fiat Kraysler” Fransanın "PSA Pejo” şirkətiylə birləşməklə bağlı rəsmi danışıqlara başlayır.

Bu məlumat iki şirkətin mətbuat xidmətlərinin birgə bəyanatında əksini tapıb. Bu birləşmə nəticəsində dünyada dördüncü avtomobil şirkətinin yaranacağı və onların 8,7 milyon avtomobil istehsal edəcəyi vurğulanıb.

Birləşmə həmçinin illik 3,7 milyard avroya qənaət etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda dünyanın ən böyük ilk 3 avtomobil qrupu "Volksvagen”, "Toyota” və "Reno-Nissan”dır./axar.az

Xəbər lenti