Xəzər Xəbər

Bu il Gürcüstan Azərbaycandan 1,2 milyard kubmetr təbii qaz alıb

İqtisadiyyat | 11:52 • 31 Oktyabr 2019
Bu il Gürcüstan Azərbaycandan 1,2 milyard kubmetr təbii qaz alıb

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 1 milyard 211,2 milyon kubmetr təbii qaz idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.


AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.


Bildirilir ki, 9 ayda Gürcüstanın Azərbaycandan idxal etdiyi "mavi yanacağ”ın dəyəri 200,8 milyon ABŞ dolları olub.

Xəbər lenti