Xəzər Xəbər

Əmanətlərin Sığortalanması Fondu kreditorlara müraciət edib

İqtisadiyyat | 12:18 • 30 Oktyabr 2019
Əmanətlərin Sığortalanması Fondu kreditorlara müraciət edib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan banklarda 17 min manat ekvivalentinədək kreditor tələbi olan fiziki şəxslərə müraciət edib.


Fonddan xezerxeber.az-a bildirilib ki, ləğv prosesində olan "Atrabank” ASC”, "Royalbank” ASC, "Kredobank” ASC, "Zaminbank” ASC, "Bank of Azerbaijan” ASC, "Qafqaz İnkişaf Bankı” ASC, "Bank Standard” KB, "Yunayted Kredit Bank” ASC, "Texnikabank” ASC, "Dəmirbank” ASC və "Gəncəbank” ASC-də fiziki şəxslərin 17 min manat ekvivalentinədək olan kreditor tələblərinin ödənilməsi davam edir. Kreditor tələbinin ödənilməsi nağdsız qaydada "Kapitalbank” ASC vasitəsilə həyata keçirilir.


Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən "Kapitalbank” ASC-nin müvafiq filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət edilməsi xahiş olunur.

Xəbər lenti