Xəzər Xəbər

Ölkəyə gətirilən avtomobillərin sayı açıqlandı

İqtisadiyyat | 18:04 • 28 Oktyabr 2019
Ölkəyə gətirilən avtomobillərin sayı açıqlandı

Sentyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 4213 olub.

Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 125-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 3737-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 335-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 16-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Xəbər lenti