Xəzər Xəbər

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat | 10:15 • 26 Oktyabr 2019
Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 65,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 61,59 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur (Trend).

Xəbər lenti