Orta müddətli perspektivdə neftin qiyməti 60 dollar olaraq qalacaq.
Bunu TASS-a müsahibəsində "Lukoyl” rəhbəri Vahid Ələkbərov deyib.
"Hesab edirik ki, bazar bu gün stabildir. Yaxın illərdə bazar bizim bu il üçün proqnozlaşdırdığımız göstəriciləri nümayiş etdirəcək. Bu isə təxminən 60 dollar deməkdir”, – deyə o bildirib.
Ələkbərov, həmçinin, yenidən "OPEK+” çərçivəsində neft hasilatı ixtisarının artırılmasına qarşı çıxıb./axar.az