Xəzər Xəbər

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışda!

İqtisadiyyat | 13:23 • 22 Oktyabr 2019
Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışda!

Bu gündən Formula 1 Azərbaycan Qran Prisi 2020-nin biletlərinin satışına başlanılır.

XəzərXəbər Trend-ə istinadla xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, biletlər bu gündən şirkətin rəsmi veb saytında satışa çıxarılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib ki, yarışın keçirilməsinin 5 illiyi münasibətilə avtoidman həvəskarlarına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir: "Endirim kampaniyası 15 yanvar 2020-ci il tarixinə qədər davam edəcək. Həmin tarixdən sonra biletlər tam qiymətlə satılacaq. İlkin endirim kampaniyası ilə birlikdə yerli sakinlərə əlavə 25 faizlik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına Azərbaycan vətəndaşları və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildir".

Məlumatda deyilir ki, dördgünlük biletlərə tətbiq olunan endirim kampaniyasından əlavə 2-15 yaş arasında olan uşaqlar üçün xüsusi endirimlər tətbiq olunur.

Azarkeşlər üçün təklif olunan dördgünlük biletlərin indiki qiymətləri tribunadan asılı olaraq 210-710 manat arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Ayaqüstü zona üçün biletlərin qiyməti 110-190 manatdır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti