Xəzər Xəbər

Azərbaycan nefti ucuzlaşdı Son qiymət

İqtisadiyyat | 11:07 • 22 Oktyabr 2019
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,23 ABŞ dolları və yaxud 1,92% ucuzlaşıb.

"Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,76 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər lenti