Xəzər Xəbər

Bu ilin doqquz ayında 90 tondan çox ət və ət məhsulları məhv edilib

İqtisadiyyat | 17:23 • 19 Oktyabr 2019
Bu ilin doqquz ayında 90 tondan çox ət və ət məhsulları məhv edilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində istifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev məlumat verib.

Onun sözlərinə görə, məhv edilən alkoqolsuz içkilər, qazlı və qazsız suların miqdarı 16tona yaxınolub.

"Bu müddət ərzində 50 tondan çoxsüd məhsulları, 37 tonbitki və bitkiçilik məhsulları, 30 tona yaxınkulinariya məmulatları, 21kq qida əlavələri, 124 tondan çoxqənnadı məhsulları, 110tona yaxınyağ məhsulları, 15 855 ədəd heyvan mənşəli məhsul (yumurta) və 45 ton konservləşdirilmiş məhsullar məhv edilib”, - deyə M. Piriyev vurğulayıb.

Xəbər lenti