Xəzər Xəbər

Avtomobildə mobil telefonlar və aksesuarları aşkarlanıb

İqtisadiyyat | 12:38 • 19 Oktyabr 2019
Avtomobildə mobil telefonlar və aksesuarları aşkarlanıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb.


Komitədən bildirilib ki, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobilə gömrük baxışı zamanı yük hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən, qutu və aksesuarları ilə birlikdə 10 ədəd "Samsung Galaxy 10" markalı mobil telefon, 60 ədəd qidalandırıcı başlıq, 60 ədəd USB və 60 ədəd qulaqlıq aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti