Xəzər Xəbər

Milli valyutada olan əmanətlər 26,9 faiz artıb

İqtisadiyyat | 12:27 • 19 Oktyabr 2019
Milli valyutada olan əmanətlər 26,9 faiz artıb

Sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 8 milyard 561,8 milyon manat təşkil edib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, əmanətlərin 56 faizi xarici, 44 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 26,9 faiz artıb, xarici valyutada əmanətlər isə 5,1 faiz azalıb.


Sentyabrda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,87 (1,91) manata, 100 rus rubluna 2,62 (2,61) manata bərabər olub.

Xəbər lenti