Xəzər Xəbər

Paytaxtın bəzi yollarında rənglənmə işləri aparılacaq

İqtisadiyyat | 12:10 • 17 Oktyabr 2019
Paytaxtın bəzi yollarında rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, həmçinin Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində, gecə saatlarında isə Xətai rayonu, Rahib Məmmədov və Ramiz Quliyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib ki, buna görə də sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti