Xəzər Xəbər

Azərbaycan neftinin qiyməti 64 dollara yaxınlaşdı

İqtisadiyyat | 13:05 • 12 Oktyabr 2019
Azərbaycan neftinin qiyməti 64 dollara yaxınlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,34 ABŞ dolları və yaxud 3,8% artıb.

XəzərXəbər xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,92 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti