Xəzər Xəbər

Neftlə bağlı KRİTİK PROQNOZ: əvvəlcə ucuzlaşacaq, daha sonra isə...

İqtisadiyyat | 11:14 • 10 Oktyabr 2019
Neftlə bağlı KRİTİK PROQNOZ:

Neftin qiymətinin ucuzlaşması gözlənilir.

Bunu ABŞ-ın Energetika Nazirliyi proqnozlaşdırıb.

Nazirliyin saytında dərc olunan məlumata görə, ilin sonuna kimi "Brent" markalı neftin bir barelinin qiyməti 59 dollar səviyyəsində qalacaq. Növbəti ilin ikinci rübündə isə neftin qiyməti 57 dollara qədər ucuzlaşacaq.

Nazirlik belə dəyişikliklərin səbəbini "qara qızıl"ın dünya ehtiyatlarının artımı ilə izah edib.

Proqnozda həmçinin göstərilir ki, qiymətlərin düşməsi gələcəkdə neftin bir barelinin qiymətinin 62 dollara qədər artımı ilə əvəzlənəcək. 2020-ci ildə orta proqnozlaşdırılan qiymət, təxminən, 60 dollar təşkil edir./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti