Xəzər Xəbər

Asif Məhərrəmov küçəsinin bir istiqaməti üzrə hərəkət məhdudlaşdırılacaq

İqtisadiyyat | 10:03 • 4 Oktyabr 2019
Asif Məhərrəmov küçəsinin bir istiqaməti üzrə hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq, 4-6 oktyabr tarixlərində Nəsimi rayonu Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.


"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, bu səbəbdən sözügedən küçənin 20 Yanvar küçəsi ilə kəsişməsindən Ceyhun Səlimov küçəsi ilə kəsişməsinədək olan hissəsində ikitərəfli hərəkət təmin olunacaq.


"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərdən qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi xahiş edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti