Xəzər Xəbər

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda təmir işləri aparılacaq

İqtisadiyyat | 10:03 • 1 Oktyabr 2019
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda təmir işləri aparılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) xezerxeber.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 1-5 oktyabr tarixlərində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-120-ci km-lik hissəsində (hər iki istiqamət üzrə) təhlükəsizlik sədlərinin təmiri işləri ararılacaq.


"Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə AAYDA-dan bildirilib.

Xəbər lenti