Xəzər Xəbər

Bal yarmarkasına təqdim olunan arıçılıq məhsulları müayinədən keçirilib

İqtisadiyyat | 14:29 • 27 Sentyabr 2019
Bal yarmarkasına təqdim olunan arıçılıq məhsulları müayinədən keçirilib

Sentyabrın 28-dən oktyabrın 18-dək paytaxtın Nərimanov rayonunda XX Respublika Sərgi-Satış Yarmarkasında satışa çıxarılacaq arıçılıq məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində bal nümunələrinin laborator müayinəsi həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb.


Agentlikdən verilən məlumata görə, götürülən 3241 nümunədən 562-si, yəni 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib.


Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər "Aqrar Tədarük və Təchizat” ASC-nin Xocasən yolu, 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında karantin şəraitində saxlanılacaq.

Xəbər lenti