Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 2019-2020-ci illər üzrə ümumi daxili məhsulun artım tempi üzrə proqnozunu yeniləyib.
AZƏRTAC AİB-in "Asiyada İnkişaf Perspektivləri” haqqında hesabatına istinadla xəbər verir ki, bu ilin sonunda ölkədə ümumi daxili məhsulun artım tempinin 2,6 faiz, 2020-ci ildə isə 2,4 faiz təşkil edəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, AİB əvvəlki hesabatda gələn il üçün Azərbaycan iqtisadi artımın 2,7 faiz olacağını proqnozlaşdırırdı.