Xəzər Xəbər

Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək

İqtisadiyyat | 16:17 • 23 Sentyabr 2019
Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək

Dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək.


Bu barədə OPEC məlumat yayıb.


Qeyd edək ki, dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin ("OPEC plus”) Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.


Xatırladaq ki, ötən il dekabrın 7-də "OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

Xəbər lenti