Xəzər Xəbər

Neftin qiyməti ucuzlaşacaq? Xarici ekspertlərdən ZİDDİYYƏTLİ AÇIQLAMALAR

İqtisadiyyat | 14:39 • 17 Sentyabr 2019
Neftin qiyməti ucuzlaşacaq?

"Saudi Aramco" ya hücumlar dünyada neft qıtlığına səbəb olmayacaq.

Bunu TASS-a iqtisadi ekspertlər bildirib.

Mütəxəssislərin fikrincə, Səudiyyə Ərəbistanı bir-iki həftə ərzində hasilatı bərpa edə bilməsə, digər ölkələrdə strateji ehtiyatlardan istifadə etmək lazım olacaq. "Fitch” Reytinq Agentliyinin Korporasiyalar Şöbəsinin direktoru Dmitri Marinçenko hesab edir ki, neft qiymətlərinin artmaqda davam etməsi ehtimalı qalmaqdadır.

Lakin "Moody's”un vitse-prezidenti Artem Frolovun fikrincə, ehtiyatlardan istifadə edilərsə və digər ölkələr hasilatı artırarsa, Səudiyyə Ərəbistanında hasilatın tam bərpası bir neçə həftə çəksə belə, neft tədarükündə ciddi bir çatışmazlıq olmaz. Bu, neftin qiymətində artımın da qarşısını alacaq.

Bununla yanaşı, neft hasilatının pozulma riskinin yüksək olması neftin etibarlı enerji mənbəyi kimi nüfuzuna mənfi təsir göstərir və alternativ axtarışını sürətləndirir.

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanın şərqindəki "Saudi Aramco” neft emalı zavodlarına on silahlı dron hücum edib. Yəmənin Husi üsyançıları hücumun məsuliyyətini öz üzərinə götürüb.

Hücum nəticəsində dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının hasilatı demək olar ki, 50% -dək azalıb - 10 milyon barreldən gündə 5.7 milyon barelə düşüb. Bu, neftin qiymətində kəskin bahalaşmaya da səbəb olub. Bazar ertəsi - 16 sentyabrda "Brent” markalı neftin qiyməti 17% artdı, lakin günün ortasında artım 8% -ə aşağı düşdü və qiymət bir barrel üçün təxminən, 66 dollara çatdı./publika.az

Xəbər lenti