Xəzər Xəbər

Azərbaycan iqtisadiyyatı 2,4% artıb

İqtisadiyyat | 11:45 • 16 Sentyabr 2019
Azərbaycan iqtisadiyyatı 2,4% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 50,9 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4% çox ÜDM istehsal edilib.


Xezerxeber.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3%, neft-qaz sektorunda isə 1,6% artıb. Əlavə dəyərin 43,6%i sənayedə, 10,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6%-i tikintidə, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrində, 14,6%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,9%-ni təşkil edib.


Əhalinin hər nəfərinə düşən ÜDM 5 145,1 manata bərabər olub.

Xəbər lenti