Xəzər Xəbər

Gələn il üzrə büdcə gəlirləri 24 milyard 484 milyon manat proqnozlaşdırılır

İqtisadiyyat | 17:49 • 13 Sentyabr 2019
Gələn il üzrə büdcə gəlirləri 24 milyard 484 milyon manat proqnozlaşdırılır

Gələn il üzrə dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.


Xezerxeber.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10 milyard 536,5 milyon manat) 43 faiz, neft gəlirləri (13 milyard 947,5 milyon manat, o cümlədən Dövlət Neft Fondundan transfert 11 milyard 767,5 milyon manat) isə 57 faiz təşkil edəcək.


2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1 milyard 68,8 milyon manat və ya 11,3 faiz çoxdur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti