Xəzər Xəbər

Bərdədə ev quşları kütləvi şəkildə qırılır: fermerə minlərlə manat ziyan dəydi - VİDEO

İqtisadiyyat | 18:49 • 4 Sentyabr 2019
Bərdədə ev quşları kütləvi şəkildə qırılır:

Bərdədə quşçuluq təsərrüfatlarında ev quşları kütləvi tələf olub. Son bir ayda 10 mindən çox ev quşu öldüyündən fermerə xeyli miqdarda ziyan dəyib. Təsərrüfat sahibi iddia edir ki, ev quşlarının ölməsinə səbəb keyfiyyətsiz qidadır.

Hər gün yüzlərlə ev quşu ölür.

Görüntülər Bərdə rayonundandır. Rayonun Cəyirli kəndində yerləşən Firdovsi Məmmədova məxsusquşçuluq təsərrüfatlarında 10 mindən çox ev quşu ölüb. Təsərrüfat sahibi iddia edir ki, ev quşlarının tələf olmasına səbəb keyfiyyətsiz qidadır. Quşlarının bəslənməsi üçün aldıqları yem keyfiyyətsiz olduğundan hər gün xeyli sayda quş ölür.

Məsələyə bağlı yemin alındığı mağazanın sahibi olan Zahid Adıgözəlovda əlaqə saxladıq. O bildirdi ki, burada məhsulun keyfiyyətsiz olmasından söz gedə bilməz. Həmin şəxsə yem bir neçə dəfə hissə hissə verilib. Yemin keyfiyyəti aşağı olsaydı, fermer bir neçə dəfəyem almazdı. Zahid Adıgözəlov deyib ki, təsərrüfat sahibinin onlara 40 min manata yaxın borcu olduğundan belə bir iddia irəli sürüb. Təsərrüfat sahibi isə deyilənlərlə razılaşmır, heç bir borcunun olmadığını deyir. O, yemin keyfiyyətini yoxlatdırdığını da bildirir.

Təsərrüfat sahibi məsələylə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirir.

Xəbər lenti