Xəzər Xəbər

Bu gündən Azərbaycanda minimum əməkhaqqı artıb

İqtisadiyyat | 10:15 • 1 Sentyabr 2019
Bu gündən Azərbaycanda minimum əməkhaqqı artıb

Sentyabrın 1-dən Azərbaycanda aylıq minimum əməkhaqqı artıb.


Xezerxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 18 iyun tarixli "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncamına əsasən minimum əməkhaqqı 250 manat məbləğində müəyyən edilib.


Qeyd edək ki, artım 950 minədək vətəndaşı əhatə edəcək və bu zamana qədər aylıq minimum əməkhaqqı 180 manat olub.

Xəbər lenti