Xəzər Xəbər

Bakıda ticarət dövriyyəsinin həcmi 3,1% artıb

İqtisadiyyat | 17:12 • 28 Avqust 2019
Bakıda ticarət dövriyyəsinin həcmi 3,1% artıb

Bu ilin yanvar-iyul aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,1% artaraq 11533,2 milyon manat olub.


Xezerxeber.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, paytaxtın ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq 5267,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,1% artaraq 6265,5 milyon manata bərabər olub.


İstehlak məhsullarının 27,9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,1%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Xəbər lenti