Xəzər Xəbər

Qida məhsullarının qəbulu, saxlanması və daşınması üzrə təlim keçirilib

İqtisadiyyat | 13:34 • 26 Avqust 2019
Qida məhsullarının qəbulu, saxlanması və daşınması üzrə təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC-nin Logistika və Anbar Departamentinin əməkdaşları üçün qida məhsullarının qəbulu, saxlanması və daşınması üzrə təlim keçirilib. Təlimin əsas məqsədi ASC-nin xidmət səviyyəsinin artırılması və əməkdaşların logistika və anbar işindəki müasir texnoloji yeniliklərlə tanış edilməsi olub.


Nazirlikdən bildiriblər ki, təlim iştirakçıları anbara daxil olan qida məhsullarının kəmiyyət və keyfiyyət üzrə qəbulu, saxlanması, nəqliyyat vasitələrinə yüklənməsi, daşınması və boşaldılması işləri ilə bağlı məlumatlandırılıblar. Təlim iştirakçılarına yüklərin daşınması ilə bağlı əsas tələb və prinsiplər barədə məlumat verilib. Bildirilib ki, əsas prinsiplər məhsulların insan həyatının təhlükəsizliyinə dair məcburi tələblərə uyğun nəqliyyat vasitələrində daşınması və qablaşdırılan bağlamaların yüklənmə, daşınma və boşaldılma prosesləri zamanı salamatlılığını təmin etməkdir.


"Aqrar Tədarük və Təchizat” ASC-nin Logistika və Anbar Departamentinin direktoru Orxan Qasımov bildirib ki, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə bu cür təlimlər davamlı olaraq keçiriləcək: "Cəmiyyətin bütün anbarlarında işlərin səmərəli şəkildə qurulması üçün ilk növbədə qida məhsullarının kəmiyyət və keyfiyyət göstəriciləri nəzarətdə saxlanılmalıdır. Tədarük etdiyimiz kənd təsərrüfatı və ərzaq məhsulları arasında xüsusi saxlanma şəraiti tələb edən məhsullar olur ki, onların saxlanc yerləri də müasir tələblərə cavab verməlidir. Bu məsələdə isə əsas iş anbardarların üzərinə düşür. Məhz təşkil olunan təlimin də əsas məqsədi anbardarların və ümumilikdə logistika və anbar işi ilə məşğul olan əməkdaşlarımızın bu sahədəki bilik və bacarıqlarını artırmaqdır.”


Qeyd edək ki, "Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti nizamnaməsinin və Strateji Yol Xəritəsinin tələblərinə uyğun olaraq yerli kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçıları ilə əməkdaşlıq edir. Belə ki, qurumun əsas fəaliyyət istiqamətlərindən biri də kənd təsərrüfatı və ərzaq məhsullarının yerli istehsalçılardan tədarük edilməsini, fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq saxlanılmasını və çatdırılmasını həyata keçirməkdir.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:16 • 15 Aprel 2024
Azərbaycan neftinin qiyməti 93 dollara
Azərbaycan neftinin qiyməti 93 dollara ÇATDI
10:47 • 12 Aprel 2024
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
11:30 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
10:35 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
11:00 • 10 Aprel 2024

Xəbər lenti