Xəzər Xəbər

Rusiya Venesuela neftinin ən böyük alıcısına çevrildi

İqtisadiyyat | 12:30 • 23 Avqust 2019
Rusiya Venesuela neftinin ən böyük alıcısına çevrildi

"Rosneft” Venesuelanın PDVSA dövlət şirkətinin ixrac etdiyi neftin ən böyük alıcısına çevrilib.

Bu məlumatı "Röyter” yayıb.

Məlumata görə, iyulda PDVSA-nın ixrac etdiyi neftin 40%-ni "Rosneft” alıb və o, avqustda bu göstəricini 60%-ə çatdırmağı planlaşdırır.

Agentlik "Rosneft”in Venesueladan neft alışının ABŞ sanksiyaları altına düşmədiyini bildirib. Moskvanın bu nefti əvvəllər Karakasa verdiyi kreditlər hesabına əldə etdiyi vurğulanıb./axar.az

Xəbər lenti