Xəzər Xəbər

Məhəmməd Hadi küçəsində dəyişikliklər edilib - FOTO

İqtisadiyyat | 16:33 • 15 Avqust 2019
Məhəmməd Hadi küçəsində dəyişikliklər edilib -

Məhəmməd Hadi küçəsində yol hərəkətinin təhlükəsizliyinin artırılması, fövqəladə hallar zamanı operativ nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən yol infrastrukturunda bir sıra dəyişikliklər həyata keçirilir.


Agentlikdən xezerxeber.az-a bildirilib ki, nəzərdə tutulan işlər çərçivəsində Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb. Bu zaman müasir küçə dizaynının elementlərindən istifadə edilib. Əsas dəyişikliklər səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi vasitəsilə təşkil ediləcək ki, bunun da bir sıra üstünlükləri vardır. Bu üstünlüklər piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi, ərazidə müşahidə edilən xaotik parklanma vəziyyətinin nizamlanması, yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkili, avtobus və taksi minik avtomobilləri üçün xüsusi yerlərin ayrılmasıdır.


Qeyd edilib ki, işlərin bu ay ərzində yekunlaşması nəzərdə tutulub. Analoji tədbirlər yol infrastrukturunun imkan verdiyi digər küçələrdə də icra ediləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti