Xəzər Xəbər

Paytaxtın bu yollarda rənglənmə işləri aparılacaq

İqtisadiyyat | 16:36 • 8 Avqust 2019
Paytaxtın bu yollarda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərinin Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində 8 avqust tarixində saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə xezerxeber.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.

Agentlik bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Xəbər lenti