Xəzər Xəbər

Mərkəzi Bankın valyuta ehtiyatları 330 milyon dollardan çox artdı

İqtisadiyyat | 11:21 • 1 Avqust 2019
Mərkəzi Bankın valyuta ehtiyatları

Mərkəzi Bankın valyuta ehtiyatları cari ildə 330 milyon dollardan çox artıb.

XəzərXəbər xəbər verir ki, bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O, bu vəsaitin təxminən 100 milyon dollardan çoxunun altı ayda xarici idarəetmədən əldə edildiyini vurğulayıb:

"Mərkəzi Bankın özünün də valyuta ehtiyatları artır. Cari ildə biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox artırmışıq. Amma diqqətinizi ona cəlb etmək istəyirəm ki, Sizin qoyduğunuz məsələ - valyuta ehtiyatlarının idarə olunmasının effektivliyinin artırılması olduqca mühüm məsələdir. Bu vəsaitin təxminən 100 milyon dollardan çoxunu biz altı ayda xarici idarəetmədən almışıq. Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük".

Xəbər lenti