Xəzər Xəbər

Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır

İqtisadiyyat | 13:28 • 23 İyul 2019
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır

Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına və ya vergiödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.


Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, məcəllədə başqa hallar müəyyən edilməyibsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri


vergiödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergiödəyicisinə qaytarılır. Bundan başqa, məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödənilmiş vəsaitin geri qaytarılaraq vergi borcuna aid edilməsi üçün aidiyyəti vergi orqanına müraciət etmək tövsiyə olunur.

Xəbər lenti