Xəzər Xəbər

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər, spirtli içkilər və idman qidaları aşkarlanıb

İqtisadiyyat | 15:51 • 22 İyul 2019
Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər, spirtli içkilər və idman qidaları aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə müxtəlif markalı siqaretlərin, spirtli içkilərin və idman qidalarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən xezerxeber.az-a bildirilib ki, "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi "VAZ 2106” markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 1200 ədəd "Marlboro”, 3400 ədəd "King” markalı siqaret, hər biri 0,5 litr olmaqla 6 "Jameson” markalı spirtli içki və üzərində "Mega Max” yazısı olan 32 ədəd idman qidası aşkarlanıb.


Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti