Xəzər Xəbər

Azərbaycanla Gürcüstan arasında xarici ticarət əməliyyatlarının həcmi açıqlanıb

İqtisadiyyat | 13:36 • 19 İyul 2019
Azərbaycanla Gürcüstan arasında xarici ticarət əməliyyatlarının həcmi açıqlanıb

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanla Gürcüstan arasında ticarət həcmi 508 milyon 899 min 100 ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında qeyd olunub.

Bildirilib ki, cari ilin hesabat dövründə ticarət əməliyyatları zamanı mənfi ticarət balansı 86 milyon 245 min 500 ABŞ dolları təşkil edib.

Hesabat dövründə Gürcüstanın ümumi ixracı 1 milyard 775 milyon 418 min 600 ABŞ dolları, idxal isə 2 milyard 417 milyon 441 min 200 ABŞ dollarına bərabər olub. Mənfi ticarət balansı 2 milyard 417 milyon 441 min 200 dollar təşkil edib.

Xəbər lenti